“Ramil bizə təklif edildi, ancaq…” – “Samsunspor”un baş məşqçisi

Millimizin üzvü Ramil Şeydayevin karyerasını hansı klubda davam etdirəcəyi hələ ki, naməlumdu. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, oyunçunun “Samsunspor”a mümkün keçidi alınmayacaq.

Belə ki, samsunluların baş məşqçisi Osman Özköylü yerli mətbuata verdiyi açıqlamada millimizin üzvünün onların komandasında oynamayacağını vurğulayıb: “Trabzonspor”dan Yusuf Yazıçını çox istədik, ancaq klub vermək istəmədi. Əvəzində isə Ramil Şeydayev və Serge Akakpo bizə təklif edildi. Akakpo müdafiəçi olduğu üçün qəbul etmədik. Çünki arxa xəttə yerli oyunçulara üstünlük vermək istəyirik. Ramil isə çox gənc olduğu üçün imtina etdik. Risk almaq istəmədik”.

 

Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”a “Zenit”dən transfer olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR