“Reina” terrorçusunun adı dəqiqləşdi: Özbək əsilli… – VİDEO

İstanbuldakı “Reina” gecə klubunu qana qərq edən terrorçunun dəqiq kimliyi açıqlanıb.
Musavat.com “Milliyət”ə istinadən xəbər verir ki, İstanbul polisi “Reina”da qətliyyam törədən terrorçunun adının bəlli olduğu ilə bağlı məlumat yayıb.
Axtarışlar nəticəsində məlum olub ki, teraktı Özbəkistan əsilli Abdulqadir Maşaripov həyatakeçirib.
39 nəfərin həyatını itirdiyi dəhşətli teraktı törədən A.Maşaripov hələ də ələ keçirilməyib.
İstanbul polisi terrorçunun keçmişi ilə bağlı araşdırmalara başlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR