Ronaldo Çinə gedir – 300 milyonluq təklif

“Real”ın ulduzu Kriştiano Ronaldo kareyrasını Çində davam etdirəcək. Bu barədə “Don Balon” jurnalı məlumat yayıb. 
Məlumata görə, klubun prezidenti Florentino Peres buna eyham vurub. Onun sözlərinə görə 31 yaşlı hücumçu buna 2018/19 mövsümündə nail olacaq.
Madrid təmsilçisi ötən ilin noyabrında portuqaliyalı futbolçu ilə müqavilə müddətini 2021-ci ilədək artırsa da, onun satışından əldə olunacaq məbləğ kluba böyük xeyir verəcək.
Bir müddət əvvəl Çin klubu Ronaldo üçün 300 milyon avro təklif edib.
Qeyd edək ki, Ronaldo 2009-cu ildən “Real”da çıxış edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR