Rusiyada ABŞ dollarının rəsmi məzənnəsi 60 rubldan aşağı düşdü

Rusiya Mərkəzi Bankı yanvarın 11-i üçün xarici valyutaların rəsmi məzənnələrini açıqlayıb.

Virtualaz.org Bankın rəsmi məlumatına istinadən xəbər verir ki, uzun fasilədən sonra ilk dəfə olaraq, ABŞ dollarının rəsmi məzənnəsi 60 rubldan aşağı düşüb. Belə ki. sabah Rusiyada 1 Amerika dollarının qiyməti 59,8961 rubl olacaq.

Avronun rəsmi məzənnəsi 63,1125 rubl müəyyən edilib.

Rusiya Mərkəzi Bankının rəsmi məzənnələrinə görə, 1 Azərbaycan manatı sabah 33,1779 rubla dəyişdiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR