Səfir: “Dodonun rusiyayönümlü bəyanatları Moldovanın GUAM-dan çıxacağı kimi başa düşülməməlidir”

“Moldova prezidentinin rusiyayönümlü bəyanatlar səsləndirməsi Moldovanın GUAM-dan çıxacağı kimi başa düşülməməlidir. Əksinə təşkilat çərçivəsində əməkdaşlıq güclənib”.

APA-nın məlumatına görə, bunu Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka deyib.

”Özüm təşkilatın xətti ilə Bakıda keçirilən tədbirlərdə fəal iştirak edirəm. Təşkilat çərçivəsində irəliyə doğru müsbət addımların atıldığı müşahidə olunur. Fikrimcə, GUAM çərçivəsində  əməkdaşlıq inkişaf edəcək”, – deyə səfir qeyd edib.
Qeyd edək ki, ötən ilin sonunda Moldovada keçirilən prezident  seçkilərində İqor Dodon qələbə qazanıb. Rusiyaya ilk rəsmi səfərini edən İ. Dodon bir sıra rusiyayönümlü bəyanatları ilə yadda qalıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR