Şamaxıda sürüşmə təhlükəsi yaranıb – Video

Şamaxıda yağan qarın əriməsi sürüşmə ərazilərində torpaq uçqunlarının baş verməsinə, evlərin və əkin sahələrinin yararsız vəziyyətə düşməsinə səbəb olub.

Qafqaznews.az ARB Şəki-yə istinadən xəbər verir ki, ən təhlükəli sürüşmə ocaqlarının yerləşdiyi Mədrəsə qəsəbəsində baş verən torpaq axını yenidən aktivləşib. Evlərin divarlarındakı çatlar hər gün daha da genişlənir. Artıq kənddə 7 ev qəzalı vəziyyətə düşüb. Bu səbəbdən sakinlər öz evlərində gecələməkdən ehtiyat edirlər.

Sürüşmə əkin sahələrində də qeydə alınıb. Nəticədə sahələr yararsız vəziyyətə düşüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR