Ştaynmayer xarici işlər naziri vəzifəsindən azad edilib

Almaniya prezidenti Yoahim Qauk xarici işlər naziri Frank-Valter Ştaynmayeri vəzifədən azad edib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu vəzifənin icrası  iqtisadiyyat naziri vəzifəsindən çıxarılan Sosial-Demokrat Partiyasının sədri Ziqmar Qabrielə həvalə olunub. Bu münasibətlə Almaniya prezidentinin iqamətgahında keçirilən mərasimdə ölkənin kansleri Angela Merkel də  iştirak edib.

Y. Qauk ədliyyə naziri Brigitta Tsiprisi də bu vəzifədən azad edərək iqtisadiyyat naziri təyin edib.

Qeyd edək ki, Frank-Valter Ştaynmayer 2013-cü ildən xarici işlər  naziri vəzifəsini tutub. O, bu il Almaniya prezidentliyinə namizədliyini  irəli  sürəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR