Suriyada atəşkəs rejiminə on silahlı qruplaşma qoşulub

Suriyada atəşkəs rejiminə daha on silahlı qruplaşma qoşulub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkə ərazisində Rusiya tərəfindən yaradılan “Müharibə aparan tərəflərin barışıq Mərkəzi” məlumat yayıb.

“Hama vilayətində 10 silahlı qruplaşmanın liderləri atəşkəs rejiminə qoşulmalarına dair ərizə formasını imzalayıblar. Bununla da, atəşkəsə qoşulan qruplaşmaların sayı 104-ə çatıb”, – RF Müdafiə nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.

Prosesə qoşulan yaşayış məntəqələrinin sayı isə dəyişilməyib və əvvəlki kimi 1091-dir.

Mərkəz həmçinin Rusiya-Türkiyə komissiyası tərəfindən qeydə alınan pozuntular barədə məlumat verib. Belə ki, gün ərzində Rusiya 15, Türkiyə tərəfi isə 21 pozuntu qeyd alıb.

Məlumatda həmçinin qeyd olunur ki, Hələb və Latakiya şəhərlərinə 1,3 ton humanitar yardım çatdırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR