Sürücü diqqətsizliyi iki nəfərin ölümünə səbəb oldu – FOTO

Ötən gün Şəmkirin Səməd Vurğun qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARB Kəpəz xəbər verir ki, Yeniabad kənd sakini 61 yaşlı Nadir Əhmədovun idarə etdiyi “KİA Sorento” markalı avtomobillə Mingəçevir sakini 67 yaşlı Əbülfət Məmmədovun sükanı arxasında olduğu “Pikap” toqquşub.

Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri aldığı üçün dünyasını dəyişib.

İlkin ehtimala görə, qəzaya sürücülərdən birinin ani diqqətsizliyi səbəb olub.

Belə ki, “KİA Sorento” markalı avtomobil hərəkət istiqamətindən çıxaraq digər nəqliyyat vasitəsinin yoluna çıxıb. Bu zaman sürəti yüksək olan “Pikap”la toqquşub.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR