Türkiyənin energetika naziri ABŞ-ı kiberhücumda ittiham edib

Türkiyənin energetika naziri Berat Albayrak ABŞ-ı kiberhücumda ittiham edib.

“Report” xəbər verir ki, bu barədə “Turkish Minute” məlumatr yayıb.

Nazir bildirib ki, İstanbulda elektrik enerjisinin kəsilməsi bununla bağlı imiş.

“Dünən biz ABŞ-da hazrlanan intensiv kiber hücumla rastlaşdıq. Energetika Nazirliyinin müxtəlif bölmələri belə hücumlara müntəzəm məruz qalır, ancaq biz onları dəf etdik”, – deyə nazir bildirib.

Ötən həftədə İstanbulda və onun ətrafında elektrik enerjisinin kütləvi kəsilmələri baş verib. Albayrak bildirib ki, problem həll edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR