Türkiyə Parlamenti Konstitusiyaya dəyişikliklərin edilməsini təsdiqləyib

Türkiyə Konstitusiyasına dəyişikliklərin edilməsinə dair qanun layihəsi ölkə Parlamentində birinci oxunuşda qəbul edilib.

Qafqaznews.azTrend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Prosedura müvafiq olaraq, ikinci səsvermə keçirilməlidir, ikinci səsvermə isə birincidən 48 saat sonra baş tutmalıdır.

Birinci oxumada 550 deputatdan 480 deputat səs verib. Onlardan 338-i “lehinə”, 134-ü “əlehinə” səs verib, 8 deputat isə bitərəf qalıb.

Düzəlişlər qəbul edilsə Konstitusiyaya düzəlişlər ilə əlaqədar referendum cari ilin aprel ayında keçirilə bilər.

  DİGƏR XƏBƏRLƏR