Əyalətdə gənc fermerlərin maarifləndirilməsi ilə bağlı LAYİHƏ – FOTOLAR

“Gənc Ana və Uşaqların” Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəki, Oğuz, Qəbələ rayonlarının 20-29 yaş arası gənc ailələr və gənc fermerləri arasında “Kənd təsərrüfatının inkişaf üsulları – gənc fermerlərin maarifləndirilməsi adlı layihənin icrasını uğurla davam etdirir.

Layihənin əsas məqsədi ərzaq təhlükəsizliyinin təminatında mühüm əhəmiyyət kəsb edən əkinçilik məhsulları istehsalı həcminin intensiv inkişaf üsulları ilə artırılmasına dair yeni metodlar barədə gənc ailələrin – fermerlərin maarifləndirilməsidir.

Keçirilən təlimlərdə layihə müəllifləri və təlimçilər əkinçiliyin inkişafında hələ də müasir intensiv inkişaf metodlarından az istifadə edən və çox vaxt demək olar ki, istifadə etməyən Şəki-Zaqatala zonasında yaşayan ev təssərrüfatı ilə məşğul olan gənc ailələlər və gənc fermerləri bu üsullarla yaxından tanış etmiş və onların nöqsanlarını özləri ilə birlikdə müzakirə edərək aradan qaldırılmasına yönəldilən mütəxəssis məsləhətləri verilmişdir.

Təlimlərin sonunda iştirakçılara paylama materialları (papaq, köynək, buklet, təqvim və s.) paylanılmışdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR