Yanvarın 6-7-də hava küləkli olacaq

Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Qafqaznews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun yarımadada gecə 2-5° isti, gündüz 9-14° isti, Bakıda gecə 2-4° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

2017-ci il yanvarın 6-7-də cənub-qərb küləyinin bəzi rayonlarda arabir güclənəcəyi gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR