136 türkiyəli diplomat Almaniyadan siyasi sığınacaq istəyib

2016-cı ilin iyul ayında baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən sonra 136 türkiyəli diplomat Almaniya hökumətinə siyasi sığınacaq üçün müraciət edib.

Virtualaz.org “Deutsche Welle” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Almaniyanın Daxili İşlər Nazirliyi yayıb.

“Hökumətə Türkiyənin diplomatik pasportlarına sahib olan 136 şəxsdən siyasi sığınacağın təqdim olunması ilə bağlı müraciət daxil olub”, – qurumun məlumatında deyilir.

Nazirlik bu prosedurun hansı mərhələdə olmasını açıqlamayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR