Antarktidada buzlaqdan iri aysberq ayrılır

“Larsen S” şelf buzlağı – Antarktidada ölçüsünə görə dördüncüdür. Buzlaqda əmələ gələn çat 175 km uzunluqda, 2 km enindədir. Hər ay çat 15 km uzanır.

Oxu.Az xəbər verir ki, “Project MIDAS”-ın britaniyalı alimləri çatın daha 20 km uzandığı halda, buzlaqdan 5000 kvadrat km sahəsi olan iri aysberqin qopacağını bildiriblər.

Bu, baş verdiyi halda “Larsen S” buzlağı sahəsinin 10%-ni itirəcək.

Şelf buzlağından 6-10 ildən bir böyük aysberqlər qopur. 2013-cü ildə “Payn-Aylend” buzlağında çat nəticəsində Sankt-Peterburqun ümumi sahəsinin yarısı böyüklüyündə 720 km2 sahəsi olan aysberq ayrılıb.

Ən iri aysberq “Rossa” buzlağından 2000 ildə qopub. Onun sahəsi 11000 km2 ibarət idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR