Avtomobil almaq üçün 10 ton pul ödədi – FOTO

Çində maraqlı hadisə yaşanıb. Bankda işləyən Gan adlı bir şəxs qiyməti təxminən 660000 yuan (106480 dollar) olan BMW markalı avtomobilin pulunu xırda pulla ödəyib.

Qafqaznews.az avtosfer.az-a istinadən xəbər verir ki, 100 mindən çox dəmir pulun ağırlığı təxminən 10 ton olub.

Gan pulu satış mərkəzinə xüsusi yük avtomobilində gətirib. 10 nəfər fəhlə isə pulların yük avtomobilindən boşaldılması ilə məşğul olub. Gan bildirib ki, son dövrdə onun rəhbəri olduğu banka edilən bütün ödənişlər dəmir pullarla olub və belə bir məbləğ yaranıb. Odur ki, bu məbləği xərcləmək lazım gəlib və o, BMW almaq arzusunu reallaşdırıb.

Hadisənin fotolarını təqdim edirik :

İ.N

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR