“Bavariya” – “Hamburq” oyunu Ançelottinin məşqçilik karyerasında sayca 1000-ci olacaq

Almaniyanın “Bavariya” klubunun italiyalı baş məşqçisi üçün Bundesliqanın 22-ci turunda “Hamburq”la keçiriləcək görüş məşqçilik karyerası ərzində sayca 1000-ci rəsmi matç olacaq.

“Report” xəbər verir ki, bu barədə münhenlilərin saytı məlumat yayıb.

Ançelotti “Bavariya” ilə yanaşı İtaliyanın “Recina”, “Parma”, “Yuventus” və “Milan”, Londonun “Çelsi”, Fransanın PSJ və Madridin “Real” klublarına rəhbərlik edib.

“Bavariya” – “Hamburq” görüşü fevralın 25-də Münhenin “Alyans arena” stadionunda keçiriləcək. Hazırda italiyalı mütəxəssisin klubu 21 oyundan sonra 50 xal ilə Bundesliqaya liderlik edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR