BMT baş katibi: “Üzv ölkələrin ərazi bütövlüyü təşkilatın fundamental prinsiplərindən biridir”

“BMT-yə üzv ölkələrin ərazi bütövlüyü təşkilatın fundamental prinsiplərindən biridir”.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bu barədə BMT baş katibi Antonio Quterreş İtaliya KİV-in Krımın Rusiyaya birləşdirilməsinə dair sualını cavablandırırkən deyib.

“Məlumdur ki, bir neçə əsas prinsip var. Onlardan biri üzv ölkələrin ərazi bütövlüyüdür. Bu prinsip hələ işləkdir və mən ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu prinsipləri qəbul edə biləcək” – deyə, BMT baş katibi bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR