Borcu qurtarsa da, bank evin sənədlərini vermir-VİDEO

Mingəçevir sakini evini girov qoyub kredit götürdüyü bankdan borcunu qurtarsada sənədləri ala bilmir. Hətta evin sənədlərinin qaytarılmasına görə məhkəmədən də qərər çıxıb. Bəs bank buna nəyi səbəb gətirir?

Bankdan 4 il əvvəl baldızı üçün 36 min dollar kredit götürən Mingəçevir sakini 2 il sonra borcunu bağlasa da girov qoyduğu evin sənədlərini ala bilmir.

Bəxtiyar Rəsulov baldızı Samirə Quliyevanın adına Bankdan kredit götürüb. 2 il ərzində həmin məbləğ ödənib qurtarsa da bank evin sənədlərini qaytarmır. Məsələ ilə bağlı Bəxtiyar Rəsulov dəfələrlə banka müraciət etsə də istəyinə nail ola bilmir. Problemin həlli üçün məhkəməyə də müraciət edib.

Bəxtiyar Rəsulovun sözlərinə görə, bank evin sənədlərini baldızı Samirə Quliyevanın həmin bankdan yenidən ipoteka krediti götdüyünə görə qaytarmır. Baxmayaraq ki, yeni götürülən kreditlə həmin sənədlərin əlaqəsi yoxdur.

Biçarə qalan Bəxtiyar Rəsulov evinin sənədlərinin qaytarılacağına ümid edir.

xezerxeber.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR