Cavid Qurbanovun apardığı ixtisar bir ailəni belə məhvinə səbəb oldu – DƏHŞƏTLİ FAKT

Saatlı rayonunun Sarıcalar kəndi ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, dünən saat 18:30 radələrində həyat yoldaşı və qızı ilə birgə faciəvi şəkildə ölən 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlunun baytar həkimi olduğu məlum olub.

Bildirilir ki, G.Ağayev ailəsi ilə birgə Sabirabadın Qalağayın qəsəbəsində yaşayıb və dünən bacısını görmək üçün Saatlının Sarıcalar kəndinə gəlib. Onlar Qalağayına qayıdarkən G.Ağayevin sürdüyü “VAZ 2106” markalı minik avtomobili dəmir yolu xəttinin üstündə sönüb. 63 yaşlı kişi yaxınlaşmaqda olan teplavoz gələnədək avtomobili işə salıb hərəkət edə biləcəyini düşünüb və maşından düşməyib. Lakin mühərriki işə salmaq mümkün olmayıb və sürətini azalda bilməyən teplavoz ata, ana və 29 yaşlı qızın olduğu avtomobili əzərək bir xeyli sürüyüb. Onlar hadisə yerindəcə vəfat edib.

Sarıcalılar kənd sakinləri Lent.az-a bildirib ki, həmin ərazidəki dəmir yolu keçidində son illərədək şlaqbaum olub və post yerləşib. Bir müddət əvvəl orada işləyən 4 dəmiryolçu ixtisara düşərək işdən çıxarılıb və şlaqbaum da ləğv edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*****

21:12

Saatlı rayonunun Sarıcalar kəndi ərazisində baş vermiş ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu, 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlu, onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Ağayeva Hökumə Murtuz qızı və onların qızı, 1998-ci il təvəllüdlü Lamiyə Ağayevadır.

Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Saatlı rayonunda ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.

Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR