Çin 6 günə turizmdən 61 milyard dollar qazanıb – İnanılmaz göstərici

Bahar bayramı (Çin Ay təqvimi üzrə Yeni il) günlərində Çin Xalq Respublikasının turizm sektoru ölkəyə 423 milyard yuan (61 milyard dollardan çox) gəlir gətirib.

Virtualaz.org xəbər verir ki, bu barədə “Jenmin Jibao” qəzeti yazıb.

Sözügedən göstəricinin artımı 2016-cı ilin analoji dövrü ilə müqayisədə 16% təşkil edib. Bayram günlərində 344 milyon nəfər çinli ölkədaxili səfərlər edib ki, bu da ötənilkindən 14% çoxdur. Daha 6,15 milyon nəfər xarici ölkələrə səfər edib (7% arttın).

Çin ərazisində Yen i il bayramı münasibətilə yanvarın 28-dən fevralın 2-nə qədər tətil olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR