Funt sterlinq ucuzlaşmağa başlayıb

Britaniya hökuməti “Brexit” prosesinə rəsmən başladıqda, Şotlandiya mart ayında ikinci dəfə referendum keçirərək müstəqilliyini elan edə bilər.

Qafqaznews.az-ın məlumatına görə, “Report” “The Times” qəzetinə istinadən xəbər verir ki, ilk dəfə müstəqilliklə bağlı referendum 2014-cü ilin sentyabr ayında keçirilib və əhalinin 55%-i Britaniyanın tərkibində qalmağa səs verib.

Şotlandiyanın baş naziri Nikola Sterjen “Brexit”in rəsmi tətbiqini yeni referendumun keçirilməsinə əsas kimi istifadə edəcəyini bildirib.

Britaniya hökumətinin də buna hazırlaşdığı qeyd olunur. Baş nazirin referendumu rədd etməsi isə konstitusiya böhranına səbəb ola bilər.

Xatırladaq ki, 2016-cı il iyunun 23-də keçirilən “Brexit” səsverməsində britaniyalıların 51,9%-i Avropa İttifaqından ayrılmağa səs versə də, Şotlandiya əhalisinin 68%-i buna qarşı çıxıb.

Şotlandiyadan gələn referendum xəbəri funt sterlinqin məzənnəsini aşağı salıb. Bu gün, fevralın 27-də USD/GBP məzənnəsi cümə günü ilə müqayisədə 1,35% ucuzlaşaraq 1,2400 səviyyəsinə kimi geriləyib.

Qeyd edək ki, USD/GBP məzənnəsi üçün kritik sayıla biləcək hədd 1,20-dir. Bu həddən aşağı düşəcəyi təqdirdə, məzənnə 1,14 USD/GBP-yə qədər geriləyə bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR