Gəncədə dəhşətli yanğın: “Əynimə heç nə geyinə bilmədim” – VİDEO

ARB Kəpəz xəbər verir ki, yaşayış evi və taxta sexi tamamilə yanıb. Tikililərə bitişik inşaat mağazasının içində olan tikinti materialları isə yararsız hala düşüb.

Namiq Məmmədov -zərərçəkən: “Gecə saat 4-ə işləmişdi, qonşu qapını döyüb qaldırdı ki, eviniz yanır, durun canınızı qurtarın. Durdum iki uşağımı çıxartdım. Əynimə heç nə tapıb, geyinə bilmədim, ancaq uşağımı çölə çıxartdım, nəyim var idi hamısı yandı”.

Hadisə Nizami rayonunda, Bəxtiyar Əliyev və Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində baş verib. Yanğın Gəncə sakini 33 yaşlı Namiq Məmmədova məxsus ümumi sahəsi 50 m2 olan yaşayış evinin dam örtüyündən başlayıb və mətbəxə keçib.

Güclü alov zamanı Namiq Məmmədova məxsus yaşayış evinin mətbəxinə daha çox ciddi ziyan dəyib. Mətbəxin bütün əşyaları tamamilə yararsız hala düşüb. Həmçinin yaşayış evinin 20 kvm otağının, eləcə də hamamın da əşyaları və yanar konstruksiyaları yanıb. Alov isə yaşayış evinə 48 yaşlı Mehman Həsənova məxsus ümumi sahəsi 35 m2 olan taxta sexindən keçib. Taxta sexinin içərisində olan 2 kub taxta, 6 ədəd dəzgahın elektrik naqilləri tamami ilə yanıb. Həmçinin sexin yanar konstruksiyaları da külə dönüb. Yanğın taxta sexinə bitişik inşaat malları mağazasına da ziyan vurub, 2000 min manata yaxın material yanıb. Hadisə yerinə çağrılan yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını alıb.

Xəsarət alan yoxdur. İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub. Dəqiq səbəblər araşdırmalardan sonra bilinəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR