Jurnalist yenidən Prezidentə şikayət etdi: “Məhkəmə-Hüquq Şurasında deyirlər ki…” – MƏTN

Rüfət Əhmədzadə: “Həmçinin, 243 min manatlıq iddiada mənim hansı qanunu pozduğum əsaslandırılmır”

“Xoca Hüseynov bu gün telefon söhbətimizdə “müxtəlif orqanlara müraciət edib, məhkəməyə təsir göstərməyin” dedi”

Bu günlərdə jurnalist Rüfət Əhmədzadənin Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini dərc etmişdik.

Həmin müraciətdə R.Əhmədzadə Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskidən və öz müsahibəsini danan Abşeronun baş memarı Akif Əliyevdən dövlət başçısına şikayət etmişdi.

Lakin Məhkəmə-Hüquq Şurasının məsələyə yanaşmasından narahat olan jurnalist yenidən Prezidentə elektron formada müraciət etmək qərarına gəlib.

Həmin müraciəti oxuculara təqdim edirik:

Cənab Prezident! Sizə yenidən “President.az” saytında müraciət etməyə məcbur oldum, çünki Məhkəmə-Hüquq Şurasının məsləhətçisi Xoca Hüseynov bu gün telefon söhbətimizdə “müxtəlif orqanlara müraciət edib, məhkəməyə təsir göstərməyin” dedi. Bilmirəm, X.Hüseynov “müxtəlif orqanlar” dedikdə nə nəzərdə tutur, amma mən Sizdən başqa heç kimə müraciət etməmişəm (bu barədə ölkə mətbuatında da yazılıb).

Qeyd edim ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinski iki yerdə qanunsuzluq edib: 1-ci instansiya məhkəməsində (Nərimanov RM) hakim Fuad Abdiyev məndən və “Legion İnformasiya Agentliyi” MMC-dən 243 min 367 manat təzminat tələb edən “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlıya əsl cavabdehi müəyyən etməyi təklif etmiş (15.07.2016-da legion.az-ın kimə məxsus olması), o isə bu təklifi rədd etmişdi.

İndi isə M.Muradlı vəsatət qaldırıb, apellyasiya hakimi isə qəbul edib. Halbuki, apellyasiya instansiyası 1-ci instansiyada ancaq iddiaçının iradəsindən asılı olmayan və 1-ci instansiya hakimi tərəfindən buraxılan məqamlar üzrə qaldırılan vəsatəti təmin edə bilər.

İkinci qanunsuzluq isə ondan ibarətdir ki, müsahibəsində Masazırdakı “Yeni Bakı” şəhərciyində çat və çökmə əlamətləri barədə danışan, sonradan isə “İlin Dörd Fəsli” MMC-yə məktubunda öz müsahibəsini danan Abşeronun baş memarı Akif Əliyev Məhkəməyə çağırılmır, müsahibənin səs yazısı dinlənilmir. Predmet legion.az yox, Akif Əliyevin müsahibəsidir, bunu hakim bilmirmi? Həmçinin, 243 min manatlıq iddiada mənim hansı qanunu pozduğum əsaslandırılmır. Xahiş edirəm, bu işi nəzarətə götürəsiniz, qisas planına mane olasınız.

Hörmətlə, Rüfət Seyidəhməd oğlu Əhmədzadə”.

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

“Hakim Fuad Talışinskinin audioyazını dinləməkdən imtina etməyə haqqı yoxdur”

Bakı Apellyasiya Məhkəməsində haqsızlıqla üzləşən jurnalist Prezidentdən kömək istədi – MÜRACİƏT

Araz Məmmədov və Rüfət Əhmədzadə Bakı Apellyasiya Məhkəməsinə etiraz ərizəsiylə müraciət etdilər – MƏTN

“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi məhkəmədə mötəbər şəxsin adından istifadə edir?

Hakim Fuad Talışinski “şəxsi həyat” deyəndə nə başa düşür?(AUDİO)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR