Mərhum spikerin cangüdəni DİN-də böyük vəzifəyə gətirildi

Asif Hümbətovun qardaşı Akif Hümbətov keçən il yəhudiəsilli Marus Axundovanın evini mənimsəməkdə ittiham olunub

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Səbail Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Füzuli Hümbətov vəzifəsindən azad olunub. O, Daxili İşlər Nazirliyinin (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin (QMQMİ) rəisi vəzifəsinə təyin edilib. QMQMİ-nin keçmiş rəisi polis polkovniki Azər Məmmədov isə DİN-də başqa vəzifəyə təyinat alıb (Report).

Qeyd edək ki, 2016-cı il mayın 12-də “Konsitusiya Məhkəməsi işlər müdirinin rəis qardaşı DİN-dən qovuldu” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Asif Hümbətovun başqa bir qardaşı Sabir Hümbətovun 7 işçisi ilə birlikdə Qaradağ rayon DYPŞ-nin rəisi vəzifəsindən azad olunması barədə məlumat verilirdi. Asif Hümbətovun başqa bir qardaşı Akif Hümbətov Konstitusiya Məhkəməsində işlər müdiridir. A.Hümbətovun adı keçən il yəhudiəsilli Marus Axundovanın evinin sələm yoluyla mənimsənilməsi ilə bağlı qalmaqalda hallanmışdı.

Keçən il aprelin 25-də Qafqaznews.az saytında “Konstitusiya Məhkəməsi işlər müdirinin adı sələm qalmaqalında” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilir ki,E.Axundov Bakıda lombard və qızıl mağazalarının sahibi olan Sidqi Abbasovdan 30 min manat borc istəyib: “O mənə dedi ki, məndə Akif müəllimin pulu var, onu sənə faizlə, ipoteka müqaviləsi ilə verə bilərəm. 2013-cü il iyunun 4-də bağlanan müqavilədə tərəflər anam Marus Yevda qızı Axundova və Sidqinin əmisioğlu Abbasov Xaqani Mikayıl oğlu oldu. Girov olaraq anamın adına olan, Əlövsət Quliyev küçəsi, ev 133-də yerləşən, 53 saylı mənzili girov qoyduq.

Mənzilin qiyməti 300 min manatdan çox olsa da, qiymətləndirmədə 35 min manat yazdılar. Sidqi mənzilə baxmağa Akif Hümbətovla birlikdə gəlmişdi. Borcun müddəti iki il olsa da, mən il yarım ərzində onun borcunu tam şəkildə ödədim, hətta 9 min faiz ödənişini də verdim. Şahidlərim və sübutlarım da var. Sonuncu dəfə dostum Olim aparıb ona pulu əlbəəl verib, deyib ki, gedək notariusda mənzili girovdan çıxaraq, o isə “qadın Azərbaycana gəlsin, özünün iştirakı lazımdır” deyə bəhanəylə boyun qaçırıb.

Bir müddət sonra isə Almaniyadakı ortaqlığımız tutmadı, Sidqi məndən xəbərsiz şirkətin nizamnamə kapitalını – 25 min avronu da götürdü, hələ mənzili də mənimsədi.. O, bizim iştirakımız olmadan Nəsimi Rayon Məhkəməsində məhkəmə açıb və hakim Etibar Hümbətov onun xeyrinə qərar çıxarıb. Mənim oğlum da təhlükədədir, bankda çalışır, Sidqi onun cibinə narkotik atdırıb tutdurmaq istəyir”, – deyə E.Axundov bildirib.

Həmçinin, ötən il mayın 5-də Legion.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Füzuli Hümbətov tutduğu vəzifədən əvvəl Səbail RPİ-nin 8-ci polis bölməsinin rəisi vəzifəsində işləyib. Bölmə rəisi vəzifəsindən əvvəl isə, o, DİN-in Baş MCMİ-də əməliyyat müvəkkili kimi ştatda olub, ancaq Milli Məclisə ezam olunaraq mərhum spiker Murtuz Ələsgərovun cangüdəni vəzifəsində xidmət edib.

Murad İbrahimli

LEGİON

Mövzu ilə bağlı linklər:

Konstitusiya Məhkəməsinin işlər müdirinin adı sələm qalmaqalında – ŞİKAYƏT + ARAŞDIRMA(FOTOLAR)

Konstitusiya Məhkəməsinin işlər müdiri danışdı: “Adımdan istifadə edirlər” FOTOLAR

Mətbuatda “erməni” böhtanıyla üzləşən yəhudi qadın Mehriban Əliyevaya müraciət etdi – MƏTN

Yəhudi qadına “erməni” böhtanı atan lombard sahibi Səbailin rəis müavininə güvənir? – ARAŞDIRMA

 “Bədxislətli KİV-lər Azərbaycan və yəhudi xalqlarını qarşı-qarşıya qoya bilməyəcək”

Konsitusiya Məhkəməsi işlər müdirinin rəis qardaşı DİN-dən qovuldu\

Lombard sahibi Sidqi Abbasov “Merkelin qohumu” deyilmiş… – ARAŞDIRMA(AUDİO)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR