Mağazalarda distillə edilmiş adı altında çirkli sular satılır – ŞOK FAKT (VİDEO)

Distillə edilmiş su adı ilə mağazalarda 1 litri 50-70 qəpikdən satılan suların əksər hissəsi çirkli sudur.
Xezerxeber.az məlumat verir ki, bunu suyun keyfiyyətini ölçən xüsusi cihazın nəticələrinə əsasən demək olar.
Avtomobil üzrə mütəxəssis Elçin Abbasov bildirir ki, bir müddət öncə apardığı sınaq maraqlı bir nəticəni ortaya çıxarıb.
Halbuki, əsl distillə edilmiş su xüsusi aparatlarla hazırlanır və tərkibindəki ionların miqdarı 50 dən çox olmur.
Belə distillə edilmiş suları akkumuluyatora tökdükdə fəaliyyəti pozulur və yararsız hala düşür. Belə suların əksəriyyətinin üzərində istehsalçının adı və ünvanını tapmaq qeyri-mümkündür. Mövcud  qanunvericilıyə  görə  isə,  satışı qadağan olan  məhsulları  satan və  istehsal edən şəxslər 1500-2000 min manat cərimə  oluna  bilər. Belə  məhsulları təkrar istehsal edənləri isə 2 ilə  qədər  həbs  cəzası  gözləyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR