Moskvada “Jdun”a heykəl qoyulacaq?

Monumental sənət üzrə paytaxt komissiyası qeyd edib ki, əgər təşəbbüskarlar maliyyə öhdəçiliyini öz üzərinə götürsələr və şəhərlilərin dəstəyini təmin etsələr bu təklifi nəzərdən keçirə bilərlər.

Oxu.Az xəbər verir ki, bu barədə monumental sənət üzrə Moskva komissiyasının sədri İqor Voskresenski bildirib:

“Biz istənilən müraciəti nəzərdən keçiririk. Amma iş, sadəcə, müraciətdə deyil, iş sonrakı hadisələrdədir. İnternet-qəhrəman olduğu yeri şəhərin müəyyən sahələri, əraziləri ilə uzlaşdırmalıdır”.

Bundan başqa, komissiya nümayəndəsi qeyd edib ki, monumentin quraşdırılması bələdiyyə deputatları ilə də razılaşdırmaq lazımdır, “Moskva” agentliyi məlumat yayıb.

Homunculus Loxodontus məzəli heykəlini Niderlanddan olan rəssam Marqarit van Brifort 2016-cı ildə yaradıb. Onun sözlərinə görə, bu obrazın prototipi həkim müayinəsinə gələn və öz növbəsini səbirlə gözləyən xəstələr olub. İnternetdə ona “Jdun” adı verilib və nağıl qəhrəmanlarından tutmuş siyasətçilərə qədər nə isə gözləyən hər kəs üçün mem kimi istifadə edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR