Pakistanda 16 nəfər partlayışın qurbanı oldu

Pakistanda mitinq zamanı baş vermiş partlayış nəticəsində ən azı 16 nəfər ölüb, daha 69 nəfər isə yaralanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə DAWN nəşri məlumat yayıb.

Partlayış Lahor şəhərinin Çerrinq Kross meydanında, Pəncab ştatının qanunvericilik məclisinin binası yaxınlığında törədilib.

Terror aktı zamanı meydanda dərman vasitələrinin satışına nəzarət ilə bağlı qanunvericiliyə edilən dəyişikliyə qarşı etiraz aksiyası keçirilirdi.

Mitinqdə əczaçılıq şirkətləri, tibbi təşkilatlar və aptek şəbəkələrinin yüzlərlə əməkdaşı iştirak edirdi.

Ölənlər arasında şəhər polisinin yüksək vəzifəli nümayəndələrinin olduğu bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR