Ərdoğan müxalifətə bərk qəzəbləndi – “Bunlara 5 qoyun ver itirib gələrlər”

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Manisa vilayətində açılış mərasimində çıxış edib.
Avropa.info xəbər verir ki, Ərdoğan çıxışı zamanı önümüzdə gələn bir neçə il üçün nəzərdə tutulan yeni layihələr haqda məlumatlar verib.
Manisanın hər dövrdə bu coğrafiyanın istehsalçısı, düşünən beyni, döyüşən qolu və yeriyən ayağı olduğunu vurğulayan Ərdoğan daha sonra gündəmə dair məsələlərdən danışıb.
“Türkiyə 16 apreldə mühüm bir seçkiyə imza atacaq. Nə edirik? İdarə sistemini dəyişdiririk. Müxalifətin ilişib qaldığı bəzi yerlər var. Onlar “rejim dəyişəcək” deyirlər. Bu ölkənin rejim problemi 1923-cü ildə bitib. Bizim hazırda idarəetmə sistemi ilə problemimiz var. Gələcək yeni sistem prezident və Nazirlər Kabinetini birləşdirərək güclü bir icra orqanı təşkil edəcək. Bunlara 5 qoyun ver itirib gələrlər.
Cümhuriyyət tarixi boyunca bu ölkədə 6100 km yol çəkilib. Biz 14 il ərzində isə 18 min kilometr yol salmışıq. Yol mədəniyyətdir. Bu millət yatanı da görür, işləyəni də. 25 hava limanımız var idi. Hazırda isə bu rəqəm 59-dur. Qardaşlarım, baxın 16 apreldəki seçkilərdə “hə” demək bu işlərin davam etməsi deməkdir CHP nə deyir? Bunlar parlamenti ləğv edəcək deyirlər. Yalan danışma! Doğru danış! Tam əksinə parlamentin gücünü, nəzarət gücünü artırırıq.
Mövcud sistemlə Türkiyənin hədəfinə çata biləcəyini, keçmişdən bu yana yaşadığı problemləri həll edəcəyinə inansaydıq inanın ki, konstitusiya dəyişikliyi ilə bağlı ən kiçik addım atmazdıq. 14 ildir bunu görürük. Baş nazir kimi vəzifəyə gəldim. Mərkəzi Banka rəhbər təyin etmək istədim. Təyinatını verəcəyim yoldaşımız da tam münasib biri idi. İmkan vermədilər. “Möhtərəm prezident niyə?” dedim, “uyğun deyil” dedi. Beynəlxalq təcrübəsinin olduğunu dedim yenə mümkün olmadı.
Daha sonra Mehmet Şimşəki təklif etdilər. “O da olmaz” dedi. Nə üçün sualını verdikdə isə “Mən belə münasib görürəm” dedi.”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR