Saatlıda ailə faciəsi – Ata, ana və 19 yaşlı qızı qəzada öldü – VİDEO

Saatlıda baş verən dəhşətli qəza ailə faciəsinə səbəb oldu.

ARB TV xəbər verir ki, ata, ana və 19 yaşlı övladları dünyasını dəyişdi.

Saatlı rayonunun Sarıcalar kəndi ərazisində qorunmayan dəmiryol keçidində qəza baş verib.

Sabirabad rayonunun Qalağayın kənd sakini, 63 yaşlı Güloğlan Ağayev idarə etdiyi “VAZ 21063” markalı avtomobillə dəmiryolu keçidini keçərkən nəqliyyat vasitəsi teplovozla toqquşub.

Nəticədə sürücü, onun həyat yoldaşı, 62 yaşlı Hökumə Ağayeva və onların qızı, 19 yaşlı Lamiyə Ağayeva aldıqları xəsarətdən hadisə yerində ölüblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR