Suriyada ikinci güclü partlayış: Ölənlər var

Suriyada gün ərzində daha bir partlayış baş verib. Şahidlərin sözlərinə görə, İŞİD yaraqlıları tərəfindən daha bir avtomobil partladılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Ren TV” məlumat yayıb.

Hadisə nəticəsində ən azı 8 nəfər ölüb.

Xatırladaq ki, ilk partlayış Əl-Bab şəhəri yaxınlığında olub. Hadisə nəticəsində 60 nəfər ölüb, onlarla insan yaralanıb. Onların arasında Suriya hərbçiləri və yerli sakinlər olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR