Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Qırğızıstanda keçiriləcək

Yaxın aylarda Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclası (TDƏŞ) baş tutacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “AKİ press”-ə Qırğızıstanın Xarici işlər naziri Erlan Abdıldayev bildirib.

Onun sözlərinə görə, TDƏŞ-in keçirilmə vaxtı təşkilata daxil olan ölkələr ilə razılaşdırılacaq.

“Sərt qaydalar heç kim tərəfindən qoyulmur. Düşünürəm ki, bu, yaxın aylarda keçiriləcək”, – E.Abdıldayev deyib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılmış beynəlxalq təşkilatdır. TDƏŞ-in üzvləri sırasına Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir. Təşkilatın katibliyi İstanbulda yerləşir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR