Adı sələm qalmaqalında hallanan qadın Qafqaznews.az-ı məhkəməyə verdi

“Bizim Dövr” qəzetinin baş redaktor müavinini və onu indi “reket” adlandıran Fatma Yolçiyevanı vaxtilə nə birləşdirib?

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Xətai Rayon Məhkəməsinin hakimi Səadət Səlimovanın imzası ilə, aprelin 4-də keçiriləcək məhkəmə hazırlıq iclası ilə bağlı bildiriş məktubu gəlib. S.Səlimovanın məktubunda bildirilir ki, Fatma Məhəmməd qızı Yolçiyeva Qafqaznews.az-a qarşı məhkəmə iddiası qaldırıb və saytdan onun “şərəf və ləyaqətini alçaltdığına görə”, 50 min manatın tutularaq onun adından Kimsəsiz Uşaqlar Evinə köçürülməsini tələb edir. İddia ərizəsində Fatma Yolçiyeva bildirir ki, guya Qafqaznews.az saytı “əvvəl məhkumluq həyatı yaşayan” Sudef Məcidov ilə əlbir olaraq, onun şərəf və ləyaqətinə alçaldıcı böhtanlar yazır, külli miqdarda pul tələb edir.

Ərizədə qeyd olunur ki, bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyinin (sözügedən nazirlik 2015-ci ilin dekabrında ləğv olunub – red.) reket jurnalistlərə qarşı həyata keçirdiyi əməliyyatlardan sonra, Qafqaznews.az saytı onunla bağlı bütün materialları silib və yazıları dayandırmaq üçün ondan S.Məcidov vasitəsilə 100 min manat tələb edib: “Mən bundan imtina etdikdə, onlar yenidən mənim alçaldıcı şəkillərimi və ifadələrimi yerləşdirmişlər”.

 Qafqaznews.az xatırladır ki, Sudef Hacıbala oğlu Məcidov 2016-cı ilin may ayının 15-də Qafqaz Xəbər Agentliyinə müraciət edərək, ona məxsus obyektin Fatma Yolçiyeva tərəfindən sələmə pul verməklə mənimsənildiyini bildirib və sözlərinin təsdiqi üçün, agentliyə videogörüntülər təqdim edib. Bu barədə S.Məcidov öz ərizəsində də qeyd edib və haqlı olduğunu isbat etmək üçün, Fatma Yolçiyevanın etiraflarını videolentə aldığını bildirib.

Belə olduğu halda, Fatma Yolçiyevanın Qafqaznews.az-dan nə istədiyi anlaşılmır. Digər tərəfdən, mövzunun araşdırılması zamanı, əməkdaşlarımız Fatma Yolçiyevaya dəfələrlə zəng ediblər, lakin F.Yolçiyeva bizimlə danışmaq istəməyib. Fatma Yolçiyevanın iddia ərizəsindən yola çıxaraq, reket jurnalistlərə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar barədə bir neçə kəlmə söz açmaq istərdik. Rəsmi məlumatlara görə, bu şəxslər müxtəlif vətəndaşları intim görüntülər, saunada aparılmış gizli çəkilişlərlə şantaj ediblər.

Maraqlıdır, Qafqaznews.az saytının hər hansı əməkdaşı Fatma Yolçiyevanı hamamda, saunada, ev şəraitində çəkərək, onun şəkil və ya videosunu sayta qoyub? “Alçaldıcı şəkil və ifadə” deyərkən, Fatma Yolçiyeva özünün normal şəkillərini və danışdıqlarını alçaldıcı hesab edirsə, biz onun işinə qarışa bilmərik… Lakin qeyd edək ki, onun müxtəlif məhkəmə instansiyalarına külli miqdarda pul verməsi məhz Sudef Məcidov tərəfindən təqdim olunan videoyazılarda yer alır.

Videogörüntülərdə müxtəlif instansiyalara rüşvət verdiyini deyən F.Yolçiyeva obyektin köhnə sahibi Sudef Məcidovun etirazlarına baxmayaraq, onu inandırmağa çalışır: “Maqazini sökməyə gəlmişdilər, 15 dəfə polis tökülüb ora. Məhkəmədən yığışıb gəlmişdilər baxmağa”. “Hansı məhkəmədən?” sualına isə Fatma Yolçiyeva belə cavab verir: “Apellyasiyadan da gəlmişdilər, rayondan da”. Həmçinin, F.Yolçiyeva ilk başdan özünün pul götürmədiyini deyir: “İradə götürmüşdü, mən səndən 1 qəpik pul almamışdım”.

“Sən tutulana qədər mənə 350 min pul verəcəkdin”, – deyən F.Yolçiyeva son olaraq Sudef Məcidovun ona 850 min manat verməli olduğunu vurğulayır.

İnadından dönməyən, “mən sözlərimdən dönmürəm” deyə “qətiyyət” nümayiş etdirən sələmçi qadın hətta yazıq sima da almağı unutmur: “Sən nətər yeyirsən? Qadın xeylağını sürüm-sürüm sürüdün… Sən mənə pul vermisən? Mən o adamın pulunu özüm vermişəm. Beş ildən sonra gəlmisən ki, gəl al pulunu götür”.

Sudef Məcidov dəfələrlə tutulduğunu desə də, F.Yolçiyeva onu dinləmək istəmir: “Sən bunun yiyəsisən, o da (pulun yiyəsi – red.) pulun yiyəsidir. Sənə bu cür sərf edir, ona da başqa cür. Hərənin bir iş prinsipi var. Nə razılaşmaq? Mən sənlə razılaşıb hələ yarısını istəyirəm. Səkkiz yüz əlli min!”.

Həmçinin, Fatma Yolçiyeva obyekti kirayə verdiyi türk iş adamını da bəhanə edərək, onunla 2019-cu ilə qədər müqavilə bağladığını deyir. Sudef Məcidov icarədarın mövzu olmadığını deyərək, 850 min manat tələbinin səbəbini soruşsa da, Fatma Yolçiyeva yenə də inad edir: “Sudef, sən yaxşı bilirsən. Otur iki il yarım hesabla, gör nə qədər edir?”. S.Məcidov ondan “sən 200 min arenda pulu almısan?” deyə soruşduqda, Fatma Yolçiyeva “260 min almışam, hamısını da məhkəmələrə vermişəm”.

Yeri gəlmişkən, əgər Fatma Yolçiyeva iddia ərizəsində qeyd etdiyi, DTX tərəfindən həbs olunan jurnalistləri reket sayırsa… Bəs niyə həmin jurnalistlərdən biri – “Bizim dövr” qəzetinin baş redaktorunun müavini Hikmət Nəcəfli vasitəsilə Qafqaznews.az-dan yazıları sildirməyə çalışır, Bizimdovr.az saytında guya ona böhtan atdığımızla bağlı yazılar dərc etdirirdi? Hikmət Nəcəfli ilə telefon söhbətlərimizin audio yazısı da qalmaqdadır və həmin səs yazılarında H.Nəcəfli Fatma Yolçiyevanın tərəfini saxlayır, bizi o yazıları deaktiv etməyə razı salmağa çalışırdı.

Beləliklə, sual yaranır, “Bizim Dövr” qəzetinin baş redaktor müavinini və onu indi “reket” adlandıran Fatma Yolçiyevanı vaxtilə nə birləşdirib? Nəyə görə, Hikmət Nəcəfli bizim yazılardan sonra Fatma Yolçiyevaya “canıyananlıq” edib? Və ən əsası, niyə Fatma Yolçiyeva ona tərəfkeşlik edən baş redaktor müavinini indi reketlər siyahısında görür və onun həbsini “uğurlu əməliyyat” adlandırır? Görəsən, bu müddətdə nə dəyişdi və Fatma Yolçiyevanı əslində kimlər aldatdı? Qafqaz Xəbər Agentliyi olaraq, Azərbaycanda məhkəmə hakimiyyətinin öz sözünü ədalətli şəkildə deyəcəyinə inanır və hakim Səadət Səlimovanın da bu məsələyə obyektiv və qərəzsiz yanaşacağına ümid edirik.

Mahmud Rasimoğlu

Qafqaznews.az
Mövzu ilə bağlı linklər:

“Sələmçi Fatma Yolçiyeva məni aldadıb əmlakımı ələ keçirdi” – KONFRANS (FOTO,VİDEO)

http://qafqaznews.az/2017/02/s-l-mcill-r-az-rbaycan-c-miyy-tinin-viruslaridir-t-hlil/http://qafqaznews.az/2017/02/s-l-mcil-r-olk-iqtisadiyyatina-z-rb-vurur-huquq-muhafiz-orqanlari-t-hlil/

http://qafqaznews.az/2016/06/s-l-mcil-ri-ifsa-ed-n-sudef-m-cidova-qarsi-t-zyiql-r-basladi/
http://qafqaznews.az/2016/06/131479/
http://qafqaznews.az/2016/06/s-l-mcil-rd-n-dolya-alan-m-murlar-hakiml-r-v-polisl-r-movqe/
http://qafqaznews.az/2016/06/v-t-ndaslari-muflis-ed-n-s-l-mci-fatma-yolciyeva-kimin-adamidir-video/
http://qafqaznews.az/2016/07/s-l-mci-fatma-yolciyevanin-tor-una-dus-n-v-t-ndasin-xanimi-zakir-qaralova-muraci-t-etdi/
http://qafqaznews.az/2016/05/huquq-muhafiz-orqanlarinda-s-l-mci-fatma-yolcuyevani-kim-himay-edir/
http://qafqaznews.az/2016/08/din-ictimaiyy-ti-aldadir-arasdirma-foto-video/
http://qafqaznews.az/2016/06/s-l-mcil-r-t-r-find-n-muflis-edil-n-v-t-ndas-prezident-muraci-t-etdi/

http://qafqaznews.az/2016/05/s-l-mci-fatma-yolciyevaya-vasit-cilik-ed-n-qadinin-etiraflari-video/
http://qafqaznews.az/2016/06/fatma-yolciyeva-m-nims-diyi-obyektl-ri-satisa-cixardi-t-cili/

http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-cinay-tkar-s-b-k-yaradib/

http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-notariusa-bohtan-atib/
http://qafqaznews.az/2016/05/s-l-mci-qadin-hakiml-r-pul-buraxir/
http://qafqaznews.az/2016/06/131479/

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR