Anası şəhid olan məhkum qadından ACI ETİRAFLAR – “İstəməzdim ki, kimisə yetim qoyum”–VİDEO

“Övladlarımın yanıma gəlməsini istəmirəm”

“Adam xəstəxanadan çıxıb evə gedirdi, xəstəxanalıq etdim”

“Hökm oxunanda özümdə deyildim”

ARB TV-nin “Rezonans” verilişi bu dəfə avtomobil qəzası törədərək 5 maşını əzmiş və 1 piyadanı öldürmüş xanımın həyat hekayəsini təqdim edib. O, adını və üzünü gizlətsə də, hekayəsini gizlətmir.

Məhkum qadın (5 il 6 ay): “Rusiyada doğulmuşam. İşlə əlaqədər ailəm Azərbaycana köçüb. Anam 1990-cı ildə 20 yanvar faciəsində şəhid olub. Atam da əslən Xocalıdandır. Hadisəyə gəlincə isə sağ yoldan sol yola çıxmışdım. Yola çıxanda ilk öncə “06” markalı maşına dəydim, o da “BMW”-yə dəydi. “BMW”-nin arxası isə 3 maşına dəydi. 5 maşını əzdim və 1 adamı vurdum. Qəza xəstəxananın düz qarşısında baş verdi. Həmin vurduğum şəxs xəstəxanadan çıxıb evə gedirdi, amma mən vurub yenidən xəstəxanlıq etdim. Əməliyyata girsə də, sağalda bilmədik. 12 ildir avtomobil idarə edirdim, çox diqqətliydim. Ani bir səhv nələrə yol açdı. İstəməzdim belə olsun, kimisə yetim qoyum. Məhkəmədə ilk 7 il cəza verdilər. Sonra aşağı salıb 5 il 6 ay elədilər. Hökm oxunanda özümdə deyildim. Ailəm xaricdə yaşadığı üçün yanıma gəlib gedə bilmirlər. Telefonla danışırıq, şəkillərinə baxıram. Xoşbəxt ailəm var idi. Övladlarıma qıya bilmirəm bura gəlsinlər. Azadlıqdan məhrum edilmək çox çətindir. Sanki yuxudayam, hələ də inana bilmirəm ki, həbsdəyəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR