Azərbaycan millisi Almaniyaya məğlub oldu

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Ölkə mətbuatının  məlumatına görə, komandamızın rəqibi yer aldığımız C qrupunun lideri Almaniya yığması olub.

İlk 4 görüşdə rəqiblərinə heç bir şans verməyən Bundestim Bakıda da 3 xalı rahat qazanıb. 4:1 hesabı ilə məğlub olan yığmamızın yeganə təsəlli tapdığı məqam isə Nazarovun qolu olub. Belə ki, cari seçmə mərhələdə qapısında qol görməyən Yoahim Lövün komandası ilk dəfə millimizlə oyunda məyus olub.

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

 26 mart

Azərbaycan – Almaniya – 1:4

Qollar: Nazarov, 31 – Şürrle, 19,81 Müller, 36, Qomez, 45

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR