Azərbaycanlı xalçaçı Ərdoğan və ailəsinin portretini toxuyub – FOTO

Azərbaycanlı xalçaçı Dağlar Səfərov Türkiyə prezidenti Ərdoğan və ailəsinin portretini toxuyub.

Qafqaznews.az  xəbər verir ki, bu barədə Lent.az-a onun özü məlumat verib. S.Dağların dediyinə görə, xalçanın toxunması bir aya başa gəlib.

“Xalçada prezident Ərdoğan və onun ailə üzvlərinin rəsmləri yer alıb. Məqsədim referendumdan əvvəl Ankaraya gedib xalçanı Ərdoğana təqdim etməkdir”.

Bu arada xalçaçı başqa bir xalçanın hazırlanmasına başlandığını bildirib:

“Artıq iki gündür ki, Fransa prezidentliyinə namizəd xanım Marine Le Penin də portretinin toxunmasına başlanılıb. Bu xalçanın toxunuşu aprelin sonuna başa çatmalıdır”.

Qeyd edək ki, Dağlar Səfərov onlarla dünya liderinin xalçasını toxuyaraq onlara hədiyyə verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR