Bəstəkarın oğlu “Azərpoçt”a baş direktor təyin olundu

“Azərpoçt”un baş direktoru vəzifəsinə yeni təyinat olub.

Missiya.Az-a özəl mənbədən verilən məlumata görə, Ülvi Eldar oğlu Mansurov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Ü.Mansurov görkəmli bəstəkar Eldar Mansurovun oğludur. O, bundan əvvəl bank sektorunda çalışıb və sonuncu iş yeri Beynəlxalq Bank olub. Ü.Masurov burada İdarə Heyəti sədrinin müavini kimi fəaliyyət göstərib.

Missiya.Az-ın əməkdaşı məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədovla əlaqə saxlayıb. O, məlumatı təsdiq edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR