Bakıda 5 min manata – ƏDVİYYAT SATILIR – VİDEO

Daha çox yeməklərə xüsusi dad vermək üçün istifadə edilir. Bununla bərabər həmdə bir çox xəstəliklərin müalicəsində də rolları böyükdür. Söhbət ədviyyatlardan gedir. Mağzalarda cürbəcür dada və qiymətə malik ədviyyatlar satılır. Hətta kilosu 5 min manata olan ədviyyatlar belə var.

Ariana, kalyandra, kori, xmeli-suneli. Bunlar hər hansısa bir termin yox satışda olan ədviyyatlardır. Satıcıların sözlərinə görə adları qəribə olsada,amma ən çox tələb olunan ədviyyatlar sırasındadırlar. Kori tərkibinin zənginliyi ilə seçilir və daha çox ət yeməklərində istifadə edilirlər

Ədviyyatlar daha çox Türkiyə, İran və Hindistandan gətirilir. Bu ədviyyat isə kətan toxumudur. Kilosu 8-10 manat arasında dəyişən bu məhsula son zamanlar maraq artıb.

Ədviyyatların əksəriyyəti daha çox xaricdən gətirilsədə,amma yerli istehsal olanlar da var. Bilgəh Zəfəranı keyfiyyəti ilə yanaşı qiymətinə görədə digər ədviyyatlardan fərqlənir. Kilosu təxminən 4-5min manata başa gəlir. Bir çox xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan keçi buynuzunun qiyməti isə 14 manatdan təklif edilir. Ümumiyyətlə isə bazarda ən çox satılan ədviyyatlara istiot, mixək və sarıkökdür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR