Bakıda kişi keçmiş arvadını alimentə görə qətlə yetirib- TƏFƏRRÜAT

Bakıda baş verən qətlin təfərrüatı məlum olub.

“Report”un xəbərinə görə, Cəlilov İsrail İsmayıl oğlu həyat yoldaşı 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızı ilə hadisədən bir neçə ay əvvəl boşanıb. İ.Cəlilov aliment ödəmədiyi üçün A.Cəlilova keçmiş həyat yoldaşından hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan əsəbləşən İ.Cəlilov keçmiş həyat yoldaşının yaşadığı ata evinə gələrək A.Cəlilovanın boğaz nahiyəsini bıçaqla kəsib. A.Cəlilova çoxlu qan itirərək dünyasını dəyişib. İ.Cəlilov Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gecə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

İ.Cəlilovla A.Cəlilovanın birgə nikahından iki övladı var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR