Bu şəhərdə torpağın bir kavdratmetri 457 min dollardır

Cari ilin yazında Tokionun mərkəzində yerləşən Qinza rayonunda torpağın bir kvadratmetrinin qiyməti 50,5 milyon yenə (təqribən 457 min dollar) çatıb. Bu barədə “JLL” daşınmaz əmlak agentliyi məlumat yayıb.

Qeyd edilən məbləğ ötən əsrin 80-ci illərində torpağın qiymətinin sürətlə artdığı və Yaponiya iqtisadiyyatı “sabun köpüyü” vəziyyətində olduğu dövrdəkindən 30 faiz yuxarıdır.

Bu, həmin ərazidəki torpaq və tikililəri kapital qoyuluşu üçün çox cəlbedici edib. İnvestorlar aktivlərin yüksək likvidliyinə əmindirlər və qiymətləri aşağı salmaq fikrindən uzaqdırlar. Qiymətlərin belə yüksək olmasına baxmayaraq, onlar burada yeni bar və çiçək mağazalarının açılacağına inanırlar.

Bununla yanaşı, bir çox biznes adamları yüksək mənfəətin əldə olunması üçün hər cür şərait olmasına baxmayaraq, arenda qiymətlərinin həddindən artıq yuxarı olması səbəbindən Qinza rayonunu tərk edirlər.

Həmin problem ancaq Tokionun mərkəzində hiss olunur. Yaponiyada 2016-cı ildə kommersiya məqsədli daşınmaz əmlakın qiyməti əvvəlki illə müqayisədə ümumilikdə 11 faiz aşağı düşüb. Buna baxmayaraq, həmin rəqəm kifayət qədər yüksəkdir və 3,7 trilyon yenə (33,5 milyard dollar) bərabərdir. (AZƏRTAC)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR