Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Henin həbsi barədə qərar verilib

Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın Henin həbsi barədə qərar verib.

“Report” xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.

Martın 27-də Koreya Respublikasının Prokurorluğu məhkəməyə müvafiq sorğu göndərib. Beləliklə, məhkəmə istintaq sabiq prezidentin ünvanına irəli sürdüyü ittiham ilə razılaşmış olub. Onların arasında əsas ittihamlar rüşvətxorluq və hakimiyyətdən sui-istifadə oldu.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR