Çeçenistan məktəblərində hicaba icazə verildi

Çeçenistan parlamenti ölkənin təhsil haqqında qanununa əlavələr edib, bu əlavəyə görə, şagirdlərin məktəbə ənənə və ya dininə müvafiq geyimlə gəlmək imkanı olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə qanunverici orqanın regional mətbuat xidməti bildirib.

“Bu qanun layihəsi tədris təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması və şagirdlərin konstitusiya haqlarına riayət edilməsinə əsas olacaq”, – mətbuat xidməti parlamentin spikeri Məhəmməd Daudovun sözlərindən sitat gətirir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR