Çin ən böyük qızıl yatağını kəşf edib

Çin ölkə tarixində bu günədək ən iri qızıl yatağını kəşf edib. “Report”un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çinin “Shandong Gold Group” şirkətindən “China News” agentliyinə bildirilib.

Məlumata əsasən, qızıl yatağında ehtiyatların məcmu dəyəri cari qiymətlərlə 22 mlrd. ABŞ dolları təşkil edir. Yataq Şandun əyalətinin Tsyaodun bölgəsinin Silin yarımadasında yerləşir. Yataq 2 km əraziyə yaylıb və hər ton faydalı qazıntıda 4,52 qram qızılın olduğu bildirilir. Verilən məlumata görə, yataq gündəlik 10 min ton məhsuldarlıqla işləsə, dayanmadan 40 il fəaliyyət göstərə bilər.

Qeyd edək ki, bu xəbərin açıqlanmasından sonra qızlın qiyməti 0,5% azalaraq 1 249 dollar/unsiyaya geriləyib. Qızılın qiymətində azalma ABŞ dollarının qlobal valyuta bazarında möhkəmlənməyə başlaması ilə davam edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR