Corc Maykl 3 aydan sonra dəfn edilib

Britaniyalı müğənni Corc Mayklın ailəsi onun çərşənbə günü Londonda dəfn olunması faktını rəsmən təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə musiqiçinin qohumları və yaxınlarının çərşənbə günü yaydıqları bəyanatda deyilir.

“Biz bu gün müğənni Corc Mayklın dəfn mərasiminin baş tutduğunu təsdiq edə bilərik. Ailə üzvləri və yaxın dostlar sevimli oğlumuz, qardaşımız və dostumuzla vidalaşmaq üçün bir araya toplaşmışdılar. Corc Mayklın ailəsi onun bütün dünya üzrə pərəstişkarlarına sevgi və dəstək dolu çoxsaylı məktublarına görə minnətdarlıq etmək istərdi”, – deyə bəyanatda bildirilir.

Corc Maykl 25 dekabr 2016-cı il tarixində 53 yaşında ikən vəfat edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR