Hüsnü Mübarək azadlığa buraxılır – Qərar

Martın 13-də Misirin Baş prokurorluğu Hüsnü Mübarəkin azad olunması barədə yekun qərarı təsdiqləyib.
Axar.az xəbər verir ki, bunu keçmiş prezidentin vəkili Fəridə əd-Dib bildirib.
Misirin keçmiş dövlət başçısının vəkili bir neçə gün bundan əvvəl Hüsnü Mübarəkin hökmü üzrə həbs müddətini başa vurduğu üçün azad olunması barədə müraciət etmişdi. Uzun müddət Qahirədəki hərbi hospitalda yatan keçmiş prezidentin bu yaxınlarda xəstəxanadan evə buraxılacağı bildirilir.
Xatırladaq ki, martın 2-də kasasiya məhkəməsi 2011-ci il yanvar inqilabı zamanı nümayişçilərin atəşə tutulması işi üzrə Hüsnü Mübarəkə bəraət verib və onun üzərindən bütün ittihamları götürüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR