İsrail İordan çayının Qərb Sahilində yeni məskənin salınmasına qərar verib

İsrail hökuməti İordan çayının Qərb Sahilində yeni yəhudi məskəninin salınmasına dair qərar qəbul edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir Binyamin Netanyahunun “Feysbuk” səhifəsində dərc olunmuş məlumatda bildirilir.
“Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hərbi-siyasi kabinet Amon sakinləri üçün Şilox vadisi rayonunda yeni məskənin salınmasını yekdilliklə dəstəkləyib”, – deyə məlumatda bildirilir.
Qərar 2 minədək evin tikilməsini nəzərdə tutur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR