İstənilən nömrənin sahibini tapmaq mümkündür: Bunun üçün sadəcə “MAGE” proqramını yükləmək kifayətdir – VİDEO

Yeni proqram vasitəsilə android telefonlarda istənilən mobil nömrənin sahibini bir neçə saniyədə tapmaq mümkündür. Bunun üçün proqrama sadəcə nömrəni daxil etmək kifayətdir. Bundan başqa mobil telefona adi bir proqram yükləməklə tanıdığınız şəxslərin harda olduğunuzu da asanlıqla tapa bilirlər. “Xəzərxəbər” qanunla belə tətbiqlərin verdiyi məlumatların qanuna uyğun olub-olmadığını araşdırıb.

Proqrama daxil olub nömrəni yazırsan birbaşa sənə kimin nömrəsi olduğunu göstərir. Bu imkanı Android telefonları üçün pleystorda yer alan proqram verir.

Bəs sistem necə işləyir və dünyanın istənilən yerindən gələn zənglərin sahibini anında necə müəyyən edir?

Özü də sistem telefon sahibinin təsdiqi ilə telefona yüklənir. Bu təsdiq həm də telefonundakı nömrələrində sistemə daxil edilməsini qəbul olunmasıdır. Yəni həmin smartfonda email, yaxud da sosial şəbəkələr vasitəsi ilə düşmüş nömrələr digər istifadəçilərə də çatır. Bununla da heç kəs proqram sahibinə qarşı hüquqi iddia qaldıra bilməz. Beləliklə milyonlarla insanın qəbul edərək yükləməsi ilə hazırda həmin sistemdə 3 milyarda yaxın nömrə var.

Bənzər bir mobil tətbiq isə telefon istifadəçisinin yerini müəyyən edir. Bunun qarşısını telefonun tənzimləmələrindən bağlamaqla almaq mümkün olsa da bəzi proqramlar maneəni də keçir. İnformasiya-Kommunikasiya Texnologiyaları mütəxəsissisi Cahid İsmayıloğlu bildirir ki, bəzən pleystorə mobil tətbiq yüklənərkən şirkətlər bu məlumatlardan sui-istifadə ediləcəyini nəzərə almırlar.

Mobil telefon nömrələrinin asanlıqla əldə edilməsi, eləcə də telefon rəhbərində telefon kitabçasında olan şəxslərin yerlərinin asanlıqla müəyyən edilməsi bəzi şəxslərdə narahatlıq yaratsa da, qanunla bu məlumatların yayılmasına heç bir məhdudiyyət yoxdur. Hüquqşünas Xəyal Bəşirov mobil telefon məlumatlarının şəxsin ad, soyad və atasının adı ilə bağlı olan məlumatlar cərgəsinə aid olduğundan onların yayılmasında heç bir problemin olmadığını deyir.

Şəxsi məlumatların yayılmasını dəstəkləyən proqramlar artdığı üçün mütəxəssislər smartfon istifadəçilərinin təhlükəsizlik qaydalarına daha həssas yanaşmasının vacib olduğunu deyirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR