Məhkəmələrdə banklarla bağlı 280 min iş var – VİDEO

Məhkəmələrdəki 700 min işin 280 mini bankla müştərilər arasındaki mübahisəli məsələlərə aiddir. Bu rəqəmi Maliyyə Bazarlarına Nəzarət Palatasının direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisdə komitə iclasında səsləndirib. O, eyni zamandan bundan sonra bağlanan banklar əmanətləri geri qaytara bilməzsə həmin vəsaitlərin bankın idarəçilərinin əmlakları hesabına qaytarılacağını vurğulayıb.

Hazırda məhkəmələrdəki 700 min mülki işin 40 faizi banklarla bağlıdır. Bu sözlərlə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı çıxış edib. O problemli kreditlərin artmasına əsas səbəblərdən birinin də məhkəməkələrə verilən işlərin 3-4 il davam etdiyinə görə bankların qayıdan pullardan məhrum olmasını göstərib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri bankların bağlanması zamanı batan əmanətlərin böyük qisminin geri qaytarıldığını, qorunmayan əmanətlərin də qalan qisminin aprel ayından etibarən verilməyə davam edəcəyini deyib. Rüfət Aslanlı onu da vurğulayıb ki, bundan sonra bank bağlandqıda əmanətçilərin pullarını bankın kapitalı hesabına ödəmək mümkün olmadıqda bu vəsaitin ödənişinə birbaşa bank idarəçiləri məsuliyyət daşıyacaq.

Millət vəkili İlham Əliyev isə hazırda bankların bağlanmasına səbəb olan problemli kreditlərin böyük əksəriyyətinin yaranmasına səbəbin bankların özlərinin səriştəsizliyi olduğuna diqqət çəkib.

İclasda Bankların özlərini könüllü olaraq restruksizasiya etmələri qaydaları, eləcə də sistem əhəmiyyətli bankların dövlət vəsaitləri hesabına sağlamlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında təkliflər səsə qoyularaq qəbul edilib və milli məclisin plenar iclasına tövsiyyə olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR