Mercedes 500 min dollarlıq şah əsərini göstərdi – VİDEO

Almaniyanın Daimler-Benz avtomobil konserni ABŞ-ın Detroyt şəhərində keçirilmiş beynəlxalq avtoşouda SUV Maybach modelini nümayiş etdirəndən sonra bu modellə bağlı təəfərrüatlı məlumatlar gözlənilirdi.

İndi həmin informasiyalar bəllidir.

Mercedes-Maybach Landaulet G650 adlı model Almaniyanın Setşe şəhərindəki dizayn mərkəzinin hazırda şah əsəri sayıla bilər.

Bu modeldən cəmi 99 ədəd istehsal ediləcək. 4 yerlik salonun arxa oturacaqlarında Spa-massaj funksiyası belə var.

Avtomobil 621 at gücündə, 1000 Hm fırlanma momentinə malik 6 litr həcmli, 12 silindrlik mühərriklə təchiz olunub.

99 Mercedes-Maybach Landaulet G650-in hamısı Avstriyadakı Magna Steyr zavodunda buraxılacaq. İstehsal payızda başlanacaq.

Maybach-ın ilk yolsuzluq avtomobili bu gün Cenevrədəki beynəlxalq avtoşouda rəsmən təqdim olunub.

Landaulet G650 3 bloklama diferensialı olan tam ötürücü ilə təchiz edilib.

Modelin uzunluğu 5345 mm, eni 2110 mm, təkər bazasının uzunluğu isə 3428 mm-dir.

Avtomobilin arxa oturacaqları hissəsindəki dam açılandır. Habelə salonun qabaq və arxa hissələrini idarəolunan şüşə arakəsmə bölür.

Salonda yığılan kiçik masalar və 10 düym ekranlı iki displey də var.

Avtomobilin ilkin satış qiyməti 500 min dollardır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR