Moskvada zavodda partlayış: Ölənlər var

Moskvanın cənubi-şərqində qaz balonunun partlaması nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, partlayış Ryazan prospektində yerləşən “Molniya” zavodunda baş verib.

Hadisənin təfərrüatları aydınlaşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR